Şaxta baba və Qar qız Bakı metrosunda sərnişinləri təbrik edir

Şaxta baba və Qar qız Bakı metrosunda sərnişinləri təbrik edir
14:28 28 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, Elvin Camalov, AZƏRTAC
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında növbəti sosial aksiyaya başlayıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 28-dən etibarən Bakı Metropoliteninin stansiyalarında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə tədbir keçirilir. Tədbir çərçivəsində Şaxta baba və Qar qız metronun stansiyalarında sərnişinlərlə görüşür, onlara bayram əhvalı yaşadırlar.
Bundan başqa, Şaxta baba metronun kiçik sərnişinləri olan uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edir.
İnsanlara sevinc bəxş edən Şaxta baba obrazında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar qız obrazında isə qurumun marketinq şöbəsinin rəisi Lalə Babayeva iştirak edirlər.
Tədbir qurum rəhbərliyinin təşəbbüsü ilə baş tutub. Tədbirin məqsədi insanları təbrik etmək, onlarda xoş əhval-ruhiyyə yaratmaqdır.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bir neçə gün ərzində metronun stansiyalarda, qatarlarda olaraq sərnişinlərin problemləri ilə maraqlanıb, problem və təkliflərini dinləyəcəklərini, bütün bunları rəhbərliyə çatdıracaqlarını bildirib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saxta_baba_ve_Qar_qiz_Baki_metrosunda_sernisinleri_tebrik_edir-914906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR