Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr Qırğızıstanda qızıl yatağının işlənilməsinə dair hərracda iştiraka dəvət olunurlar.
Bu barədə AZƏRTAC-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Bildirilib ki, Qırğızıstan hökuməti "Akbaltırkanskoe" qızıl yatağının işlənilməsinə dair hərrac elan edib. Hərracda maraqlı olan şirkətlər və iş adamları AZPROMO-ya müraciət edə bilərlər.