Aygün Müslüm Maqomayev haqda: "Onu başa düşmədim"

Aygün Müslüm Maqomayev haqda: "Onu başa düşmədim"
18:52 28 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova görkəmli ifaçı, SSRİ-nin xalq artisti Müslüm Maqomayevlə bağlı xatirələrindən danışıb. 

Publika.az xəbər verir ki, ATV telekanalında qonaq olan xalq artisti Aygün Kazımova evdə saxladığı itini "qızcığaz"ı adlandırıb və onun ailəsinin bir üzvü olduğunu bildirib.
 
Heyvanlara sevgisinin sonradan yarandığını bildirən Kazımova, dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevlə bağlı bir xatirəsini yada salıb:
 
"Allah Müslüm Maqomayevə rəhmət eləsin. İllər öncə Moskvada Azərbaycanın mədəniyyət günləri keçirilirdi. İçi mən qarışıq bir sıra müğənnilər Moskvaya yola düşmüşdük. O vaxt mədəniyyət və incəsənət nazirimiz Polad Bülbüloğlu idi. Həmin konsert proqramında Müslüm Maqomayev də iştirak etməli idi. Mən tədbirin ən kiçik iştirakçısı idim, heç tanınmırdım. Səbirsizliklə Müslüm Maqomayevin gəlməsini gözləyirdim. Nə qədər gözləsək də, gəlmədi. Sonda gəlməyəcəyini söylədilər.
Sən demə, konsertə qatılmamasının səbəbi balaca itinin xəstələnməsi olmuşdu. O vaxt  bunu anlaya bilmirdim. Necə yəni, iti xəstələnib deyə bu boyda tədbirə gəlməyib? Heyvana olan sevginin necə bir hiss olduğunu indi başa düşürəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR