Hüquqi şəxs anlayışı dəyişir

Hüquqi şəxs anlayışı dəyişir
20:12 28 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda hüquqi şəxs anlayışı dəyişdirilir. Milli Məclisdən Trend-ə verilən məlumatına görə, bu barədə məsələ Mülki Məcəlləyə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məcəllənin 43.5-ci maddəsinə edilən dəyişikliyə əsasən, hüquqi şəxslərin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçılar arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

Hazırki maddədə isə hüquqi şəxslərin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR