Neftin qiymətində ucuzlaşma davam edib

Neftin qiymətində ucuzlaşma davam edib
08:37 29 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında müxtəlif sahələrdə ucuzlaşma davam edir. Milli.Az anspress-ə istinadən xəbər verir ki, hazırda bazarlarda "Brent" markalı neftin qiyməti son göstəricilərə nisbətən -0.11% ucuzlaşaraq 36.59 dollara düşüb. 

"Texas" neftinin "Brent" qarşısındakı üstünlüyü davam etsə də bu markada da ucuzlaşma olub. Belə ki, birjalarda "Texas" (WTI) markalı neftin bir bareli -0.16% ucuzlaşaraq 36.76 dollar olub.

Mənbə: Bloomberg

"AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə dəyişməz qalaraq, 38,05 dollar təşkil edib.

Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi ucuzlaşma ilə 1 qramı 34,33 dollar olub. Gümüşün qiyməti də dünənə nisbətən ucuzlaşaraq 1 qram üçün 0.44 dollar müəyyənləşib.

Mənbə: Bloomberg

Milli valyutamız olan manatın məzənnəsi euro və dollar qarşısında öz dəyərini itirməyə davam edir. Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. Azərbaycan Mərkəzi Bankının dünənə olan rəsmi məzənnəsi isə belədir: 1 Dollar - 1.5561 AZN, 1 euro 1.7079 AZN, 1 rubl 0.0221 AZN.

Ölkəmizdə xarici valyutaların məzənnəsi
Mənbə: Azərbaycan Mərkəzi Bankı

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR