Müğənni Keremcem "O Hayat benim" serialındakı tərəf müqabili Ezgi Asaroğlu ilə sevgili olduğunu etiraf edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa Seda Güvenden avqustda boşanan ifaçının Ezgi ilə sevgili olması haqda xəbərlər uzun müddət idi yayılmışdı.
Dünən serialın yaradıcı heyəti Keremcemə doğum günü sürprizi edib. Doğum günündə Asaroğlu ilə öpüşərkən çəkilən fotosunu İnstaqramda paylaşan müğənni izləyicilərini təəccübləndirib.