“Diplomatik xidmət haqqında”  Qanuna dəyişiklik edilib

13:48 29 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Dekabrın 29-da Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının son iclasında “Diplomatik xidmət haqqında” Qanuna dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, dəyişikliklə bağlı məlumat verən Səməd Seyidov bildirib ki, burada əsas məsələ diplomatik xidmət sahəsində çalışan şəxslərin Azərbaycanda qəbul edilmiş qanunlara uyğun olaraq attestasiyadan keçməsi ilə bağlıdır.
S.Seyidov qeyd edib ki, qanun layihəsi komitədə ətraflı müzakirə olunaraq parlamentin iclasına təqdim edilib. Hər bir diplomatın öz məsuliyyətini dərk etməsi baxımından bu, çox ciddi məsələdir. Hər bir diplomat bilməlidir ki, o, Azərbaycan vətəndaşıdır və Azərbaycanı təmsil edir.
Müzakirələrdən sonra qanun layihəsi təsdiq edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR