"Bakıdan Şamaxı istiqamətində, Hökməli dairəsinə çatmamış yolun sağında olan süni yaşıllıq təpəciyinin sökülməsi işləri aparılır. Bununla da yolun hərəkət hissəsi xeyli genişlənəcək. Nəticədə, nəqliyyat vasitələri daha rahat və maneəsiz şəkildə dairəyə daxil olaraq hərəkətlərinə davam edə biləcəklər", - deyə şirkətdən bildirilib.








