Cəmiyyət sədri: ​"Azərbaycanda istehsal edilən toyuq ətinin qiyməti bahalaşmayıb"

16:57 29 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bunu "Report"a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev  deyib.
O bildirib ki, quşçuluq müəssisələrinin anbarlarında devalvasiyadan əvvəl istehsal olunmuş kifayət qədər məhsul var: "Quşçuluq müəssisələri hələ ki, devalvasiyadan əvvəl istehsal etdikləri məhsulu satırlar. Ona görə də toyuq əti bazara əvvəlki - yəni 2 manat 40 qəpikdən başlayaraq 3 manat 5 qəpiyə qədər olan qiymət çərçivəsində təqdim olunur. Toyuq əti baha satılırsa, bunu mağazalar edir. Məhsulu alıcının aldığı digər ərzaq malları ilə birlikdə hesabladıqda 20-30 qəpik bahasına sata bilirlər ki, artıq bu hal kütləviləşir. Bəzən alıcılar qiyməti özü hesabladıqda isə satıcılar qəbzə yanlışlıqla artıq məbləğ vurduqlarını deyirlər".
A.Vəliyev gələn il toyuq ətinin qiymətinin qalxacağını istisna etməyib. Onun sözlərinə görə, bütün idxal olunan məhsulların, vasitələrin qiymətinin bahalaşması fonunda toyuq ətinin qiymətini indiki kimi saxlamaq mümkün görünmür.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/cemiyyet-sedri-azerbaycanda-istehsal-edilen-toyuq-etinin-qiymeti-bahalasmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR