İranın hasilatı artıracağını bildirməsi neft qiymətinin ucuzlaşmasına səbəb olur

İranın hasilatı artıracağını bildirməsi neft qiymətinin ucuzlaşmasına səbəb olur
17:13 29 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Nihad Budaqov, AZƏRTAC 
İranın Milli Neft Şirkəti başçısı Rokneddin Cavadinin sanksiyalar götürüldükdən sonra ölkəsinin bir həftə ərzində neft ixracını gündəlik 500 min barrel artırmağı planlaşdırıldığını deməsindən sonra neftin qiyməti son üç həftədə ən yüksək səviyyədə ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, bu gün “Layt”ın bir barreli 36,85 dollara, “Brent” isə 36,66 dollara satılıb. Mərkəzi Seulda yerləşən “Samsung Futures Inc.”in analitiki Hong Sung Ki bildirib ki, əgər İran həddindən çox təklif olan hazırkı bazara planlaşdırdığı miqdarda nefti çıxararsa gələn ilin ilk yarısı üçün neft bazarına elə də böyük ümid bəsləməyə dəyməz. İranın neft ixracı ilə bağlı hədəfi ucuzlaşan qiymətlər üçün istiqamətverici olacaq.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR