Azərbaycanlı tələbələr Vyanada 47-ci Beynəlxalq Bazar Festivalında iştirak ediblər

Azərbaycanlı tələbələr Vyanada 47-ci Beynəlxalq Bazar Festivalında iştirak ediblər
20:17 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Avstriya paytaxtında BMT-nin Vyana ofisi tərəfindən dünyadakı uşaq evlərinə yardım məqsədilə 47-ci Beynəlxalq Bazar Festivalı keçirilib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Beynəlxalq tədbirdə ABŞ, Türkiyə, Macarıstan, Avstraliya, Yeni Zelandiya və s. dövlətlərin nümayəndə heyətləri sırasında Azərbaycan da geniş tərkibdə təmsil olunub. Beynəlxalq Bazar Festivalında Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, diplomatik korpusun əməkdaşları və ailə üzvləri, həmçinin Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində mübadilə proqramı çərçivəsində təhsillərini davam etdirən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Şahin Paşazadə və Əfruz Məmmədova da iştirak edib.
Qeyd edək ki, universitet tələbələri Azərbaycana aid stendin tamaşaçılarına ləziz təamlar - plov, dolma, kabablar, müxtəlif şirniyyatlar təklif ediblər. Azərbaycan və Qarabağa dair broşürlər və s. çap məhsullarının satışından toplanan vəsait isə yardım olaraq BMT-nin Vyana ofisi tərəfindən dünyadakı uşaq evlərinə göndərilib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR