Hər kəsi layiq olduğu qədər sevmək

Hər kəsi layiq olduğu qədər sevmək
21:22 29 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Sevənlər bir-birinin aynası olur. Hər kəs qarşı tərəfin çöhrəsində özünü görür. Hər ayna da qarşı tərəfi müxtəlif cür əks etdirir. Əgər arada sevgi varsa, əlbəttə, hər şey yaxşıya yozulacaq və bütün görüntülər xoş ovqatla yoğurulacaq. Sevgi məsələsi isə hər gün yenilənməli, yeni ahəngə, yeni ritmə ehtiyacı olan bir duyğudur. Bir şair deyir ki:Ürəyə girməyi bacarmaq azdır, Ürəkdə qalmağı bacarmaq gərək (Məmməd Araz).

Yəni sevgini qorumaq, hər gün, hər səhər təzə-tər tutmaq onu qazanmaqdan daha çətindir. Yəni sevgi təzələnməyəndə, yeni duyğularla bəslənməyəndə adiləşir, bayağılaşır və bütün gözəlliyini, təravətini itirir.

Başqa bir şair də eyni həqiqəti bir qədər başqa tərzdə ifadə edir:

Evlənən gününün sabahı günü

Qoymayın dünyanı adiləşməyə

(Məmməd İsmayıl).

Bəzən deyirlər ki, sevginin gözü kor olur, yəni qarşı tərəf nəyi necə edir-etsin, sevən onun əməllərində qüsur görə bilmir. Sevginin kor olması həm də qarşı tərəfin özündə qüsuru görə bilməmək kimi izah olunur. Halbuki biz insanıq; heç birimiz də xətadan sığortalanmayıb, hamımızın səhvi də var, qüsuru da. Qüsuru doğru kimi görmək ya gözü çaş hala gətirər, ya da qarşı tərəfi bütləşdirər.

Biz bir-birimizi olduğumuz kimi görüb qəbul eləməyi bacarmalıyıq. Təcrübə göstərir ki, bir-birini bütün tərəfləri, zəif və güclü cəhətləri ilə tanıyıb evlənənlər sonrakı mərhələdə problem yaşamırlar, hər şeyi asanlıqla yoluna qoya bilirlər. Sonradan meydana çıxan eyiblər, qüsurlar tərəflərin hələ bir-birini tanımadan qərar verdiklərini göstərir. Bu da müəyyən problemlərin meydana çıxmasına, narazılıqların yaşanmasına səbəb olur ki, bəzən bu mərhələ ən ağır, arzuolunmaz sonluğa qədər uzana bilir. Olduğumuz kimi görünək, göründüyümüz kimi sevilək, gördüyümüz kimi sevək. Əmin olun ki, hər şeyin nə qədər də gözəl, dürüst və səmimi olduğuna özünüz inanacaqsınız.

Bir mütəfəkkir deyir ki, ədalət hər kəsi layiq olduğu yerə qoymaq, hər kəsi layiq olduğu qədər sevməkdir. Yəni işin başında bir insanı qüsursuz görmək o deməkdir ki, həqiqət ortaya çıxdıqca münasibətlərin dəyişəcəyi də qaçılmaz olacaq. Bir qədər yuxarıda dediyimiz kimi, ən qalın pərdə ən yaxın adamlar arasında olmalıdır ki, münasibət tez qırılmasın, yəni bazara qədər deyil, məzara qədər davam edə bilsin. Bir kişi öz xanımına "sən mənim hər şeyimsən" və ya "sən mənim həyatımsan" deyirsə, böyük haqsızlıq etmiş olur. Əslində bu cür ifadələrlə danışanların əksəriyyəti hansısa qəbahətlərini, qüsurlarını pərdələmək istəyirlər. Sən öz xanımını bir kişinin öz xanımını sevməli olduğu qədər sevsən kifayətdir: sən öz valideynlərin qarşısında öz borcunu verə biləcəyin qədər səmimi olsan, yetər; çevrəndə, ətrafında hər kəslə münasibəti ədalət çərçivəsində saxlasan bəsdir... Kimsəyə "hər şeyimsən" deyib, haqsız duruma düşməyək. Bizə hər şeyi verən Allahdır. İnsanın qeyd-şərtsiz təslim olmalı olduğu, hər şeyini uğrunda fəda edəcəyi tək Varlıq bizim hamımızın Xaliqi, Rəbbi olan Allah-Taaladır.

Bir könül adamı deyir ki, ailənin xoşbəxtliyi üçün dörd şərt var: sevgi, səmimiyyət, sayğı və səbir. Hətta bəziləri bu saydıqlarımızı ümumiləşdirərək, "xoşbəxtliyin 4 "S" qanunu" da deyirlər. Hər dördü çox mühüm amildir, amma səbir anlayışının xüsusi yeri var. Biz də bu yazımızda elə bu 4 "S"-dən ən mühümü, səbir ətrafında fikir gəzişməsi eləmək istəyirik.

Bir də bu həqiqəti unutmayaq ki, insan ölənə qədər tərbiyə olunur və el arasında deyildiyi kimi, uzun müddət bir yerdə yaşayanlar bir çox hallarda həmrəng olmasalar da, həmxasiyyət olurlar. Yəni ailə iki fərdin bir-biri ilə uzlaşması, bir-birinə uyğunlaşması olmalıdır və bu uzlaşma, bu uyğunlaşma müsbət istiqamətdə olarsa, tərəflər bir-birini tərbiyə etmiş olurlar. Ailənin ən birinci vəzifəsi nəsil artımını təmin etmək olsa da, bir işi də insanların xoş bir atmosferdə, ən səmimi münasibətlər içində ömür sürməsini təmin etməkdir.

Sevgilər var ki, uğrunda ölümü gözə alırlar, amma bir müddətdən sonra məlum olur ki, hər şey quruca bir inad imiş. Hər sevgi bir qaynaqdan, bir mənbədən gəlir. Şəhvətdən gələn sevgi var, adətdən gələn sevgi var, inaddan gələn sevgi var, imandan gələn sevgi var. Bəzən sevginin qaynağını bilmədən onun tufanına qapılıb sovrulanlar olur. Başlayanda elə düşünür ki, daha burdan o tərəfə yol, bundan başqa seviləcək birisi yoxdur. Gözlər elə tutulur, duyğular elə təlatümə gəlir ki, ortada ağıldan əsər-əlamət qalmır. Ağıl başa gələndə isə gec olur, çox gec.

Əslində sevgi dediyin statik bir şey deyil, bir növ barama qurdu kimidir, mərhələlər keçir, yaşa uyğun olaraq rəngdən-rəngə, şəkildən-şəklə düşür. On beş yaşdakı dəli sevgi əlli beş yaşda mərhəmət hissinə, bağlılığa, ülfətə dönür. Əslində elə əlli beş yaşın verdiyi o duyğu on beş yaşın dəli sevgisindən daha şirin, daha gözəldir.

Sevgi Allahın verdiyi nemətdir, hər kəsin yaşamadığı, yaşaya bilmədiyi daddır. Amma hər nə olur olsun, lap sevgidə belə gərək ədaləti yaddan çıxarmayasan. Yoxsa qaş qayırdığımız yerdə göz çıxararıq. Vəssalam. 
"Zaman Azərbaycan"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“İPhone X” satışa buraxılmayacaq

26 Sentyabr 2017 14:58

Gürcüstan prezidenti: "Dağlıq Qarabağ kimi münaqişələr fəlakətə səbəb ola bilər"

26 Sentyabr 2017 14:57

Rusiyada "Facebook"u bağlaya bilərlər

26 Sentyabr 2017 14:52

15 il komada qalmışdı... - TİBBDƏ İNANILMAZ UĞUR

26 Sentyabr 2017 14:48

Azad Azərbaycan Teleradio Şirkətinə yeni rəhbər təyin edilib

26 Sentyabr 2017 14:47

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri “Concordia” Sammitinə qatılıb

26 Sentyabr 2017 14:47

Ronaldo bu qızla evlənir - FOTO

26 Sentyabr 2017 14:47

Suriya kürdlərinə muxtariyyət verilir – Rəsmi BƏYANAT

26 Sentyabr 2017 14:43

Neftin 40 dollar/barel qiyməti Rusiyanı qane edir

26 Sentyabr 2017 14:42

Azərbaycanda “TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri uğurla davam edir

26 Sentyabr 2017 14:42

Suriya XİN başçısı: “İraqın ərazi bütövlüyünün tərəfdarıyıq, “referendum"u qəti olaraq qəbul etmirik”

26 Sentyabr 2017 14:42

Heyva mürəbbəsinin hazırlanması

26 Sentyabr 2017 14:42

"Kürdüstan hökuməti ağlını başına yığsın" - Ərdoğan

26 Sentyabr 2017 14:39

Bu ölkədə “WhatsApp” messencerinə giriş bağlanıb

26 Sentyabr 2017 14:35

Ən bahalı brendlər reytinqi açıqlanıb

26 Sentyabr 2017 14:35

Azərbaycanda Kürdüstana dəstək verən məmur danışdı: "Kimsədən qorxmadan, çəkinmədən..."

26 Sentyabr 2017 14:34

Süd vəzi xərçəngindən özünüzü belə qoruyun

26 Sentyabr 2017 14:33

Heydər Əliyev prospektində yol qəzası

26 Sentyabr 2017 14:30

ATV-nin rəhbəri Vüqar Qaradağlı işdən çıxarıldı

26 Sentyabr 2017 14:29

17-ci əsrə aid məşhur rəsm əsəri tapıldı - FOTOLAR

26 Sentyabr 2017 14:28

Azərbaycan daha bir nəfəri “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib

26 Sentyabr 2017 14:27

ATV-nin yeni rəhbəri bu şəxs oldu

26 Sentyabr 2017 14:22

Adamyeyən ər-arvadın evindən GÖRÜNTÜLƏR

26 Sentyabr 2017 14:19

ATV-nin rəhbərliyi dəyişdi

26 Sentyabr 2017 14:18

Azərbaycan Prezidenti: "Ermənistan tərəfi danışıqların imitasiyası ilə məşğuldur"

26 Sentyabr 2017 14:17

İlham Əliyev NATO nümayəndəsini qəbul edib

26 Sentyabr 2017 14:16

“Bölgə məzhəb qarşıdurmasına gedir” - Ərdoğandan XƏBƏRDARLIQ

26 Sentyabr 2017 14:13

Turanın məşhur verilişi bağlandı - ATV-dən AÇIQLAMA

26 Sentyabr 2017 14:03

Olimpiadada Toğrul Əsgərova uduzan güləşçinin xatirə turnirində kütləvi dava olub

26 Sentyabr 2017 14:02

"Citibank": Neft bazarı təklif qıtlığı ilə üzləşəcək

26 Sentyabr 2017 13:57

ATV-nin rəhbərliyi tam tərkibdə istefaya göndərildi

26 Sentyabr 2017 13:54

Ağ Evdə MƏXFİ GÖRÜŞ: Özalın Kərkük planı və baronların hücumu - SİRLƏR AÇILIR

26 Sentyabr 2017 13:53

Türkiyə prezidenti İraqın şimalındakı "referendum"a münasibət bildirib

26 Sentyabr 2017 13:52

Generalların məhkəməsi davam edir

26 Sentyabr 2017 13:49

Dollar ucuzlaşdı - HƏRRACDA

26 Sentyabr 2017 13:48

Keçmiş sevgilisinin futbolçu dostu ilə görüşən model DANIŞDI - FOTO

26 Sentyabr 2017 13:48

Çexiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

26 Sentyabr 2017 13:47

Keçmiş MTN generallarının məhkəməsi davam etdirilir

26 Sentyabr 2017 13:47

Çexiya Bakıya bu futbolçularla gəlir - SİYAHI

26 Sentyabr 2017 13:47

"Superkubokun finalı Bakıda keçirilsin" - "Beşiktaş" prezidenti

26 Sentyabr 2017 13:39

“Maşın” şouda kimlər iştirak edəcək? - “Adlar məlumdur”

26 Sentyabr 2017 13:38

Morales: "Tramp bəşəriyyət üçün ən böyük təhlükədir" - FOTO

26 Sentyabr 2017 13:33

"Qarabağ" Bakıda məğlubedilməzdir - RƏQƏMLƏR

26 Sentyabr 2017 13:29

Dollar ucuzlaşdı

26 Sentyabr 2017 13:29

"Azərbaycan multikulturalizmi" fənni daha iki xarici universitetdə tədris olunacaq

26 Sentyabr 2017 13:27

Heydər Əliyev prospektində yol qəzası olub, xəsarət alan var

26 Sentyabr 2017 13:27

ATƏT-in Varşava toplantısının ardından

26 Sentyabr 2017 13:23

Çin hakimiyyəti Vatsapı blokladı

26 Sentyabr 2017 13:23

Zakir Həsənov İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

26 Sentyabr 2017 13:22

Yazarlar Namiq Mənanın sədrliyinə cani-dildən alqış dedilər

26 Sentyabr 2017 13:19