I Avropa Oyunları ilə bağlı oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas avtobus marşrutları müəyyən olunub

I Avropa Oyunları ilə bağlı oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas avtobus marşrutları müəyyən olunub
15:32 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 15:27 ]

Bakı. Musa Əhmədov - APA-Economics. I Avropa Oyunları ilə bağlı oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas marşrutlar və idman obyektlərinə marşrutlar müəyyən olunub.

APA-Economics”in məlumatına görə, bu barədə məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) 2014-cü ildə görülmüş işlər barədə hesabatında yer alıb.

 

Hesabatda qeyd olunub ki, 2015-ci ildə paytaxtda keçiriləcək I Avropa Oyunları üçün Mərkəzin qarşısına qoyulan tədbirlərin həll olunması üçün mühüm işlər həyata keçirilib: “Olimpiya Təşkilat Komitəsinin nəqliyyat məsələləri üzrə bölməsi ilə aktiv işlər yerinə yetirilməkdədir. İntellektual Nəqliyyat Sistemi çərçivəsində qurulan avtobus dayanacaqlarının Mərkəzlə əlaqəsi var və onların normal qaydada işləməsi üçün daimi nəzarət olunur. I Avropa Oyunları ilə bağlı oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas marşrutlar və idman obyektlərinə marşrutlar müəyyən olunub. Nəzərdə tutulan idman obyektləri üzrə bütün marşrutlar və əsas marşrut üzrə hərəkət üçün işlər yerinə yetirilib. Hazırda isə bu obyektlərlə bağlı Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) ilə birgə test işləri həyata keçirilir. Hər bir obyekt üzrə marşrutun oyunlar zamanı necə fəaliyyət göstərməsi üçün analizlər aparılır və əlavə işlərin görülməsi üçün tədbirlər görülür”.

 

Eyni zamanda, I Avropa Oyunları ilə bağlı idman yarışlarının keçiriləcəyi ərazilərdə NİİM tərəfindən işlənib hazırlanmış plana əsasən yollarda xüsusi Avropa Oyunları zolaqları ayrılacaq ki, bu yol zolaqlarından yalnız idmançılar, işçi heyət, qonaqlar istifadə edəcəklər. “Bu isə o deməkdir ki, həmin ərazilərdə yollar bağlanmayacaq. Əhali yolun digər zolağından istifadə edə biləcək. Əlavə olaraq, I Avropa Oyunları ilə əlaqədar idman yarışlarının keçiriləcəyi məkanlara daha tez və vaxtında çatmaq üçün işçi heyəti, idmançılar, qonaqlar üçün ekspress marşrutlar - yəni ictimai nəqliyyat vasitələri də təşkil olunacaq”, - deyə hesabatda vurğulanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR