Tələbənin polisə atdığı bomba əlində partladı

Tələbənin polisə atdığı bomba əlində partladı
04:16 30 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Malatya şəhərindəki “İnönü” universitetində tələbələr arasında kütləvi dava baş verib. ANS PRESS-in məlumatına görə, ali məktəbin həyətində baş vermiş hadisə zamanı 2 tələbə qrupu ideoloji səbəbdən bir-birləri ilə dalaşıblar.

Hadisə yerinə cəlb olunan polis davanı dayandıraraq tələbələri hadisə yerindən uzaqlaşdırsa da, qruplardan biri geri qayıdaraq polisləri daşa basmağa başlayıb. Hadisənin böyüməsi ilə universitetə daha çox polis cəlb olunub.

Tələbələrdən birinin polisə atmağa çalışdığı kustar üsula hazırlanmış bomba isə onun əlində partlayıb. Partlayış nəticəsində tələbənin 3 barmağı yerindən qopub və o dərhal təcili yardımla xəstəxanaya çatdırılıb. Polis tələbənin qopan barmaqlarını hadisə yerindən aşkarlayaraq xəstəxanaya təhvil verib.

Hadisə zamanı 6 nəfər xəsarət alıb, 65 nəfər isə polis tərəfindən saxlanaraq bölməyə aparılıblar. Faktla bağlı araşdırmalar davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368475

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR