PSJ Mottanın əvəzləyicisini "Barselona"da tapıb

"Barselona"nın yarımmüdafiəçisi Serji Buskets PSJ-nin "radarına" düşüb.


Metbuat.az "Football Espana"ya istinadən xəbər verir ki, Paris klubu Tyaqo Mottanın yerini ispan futbolçu ilə doldurmaq niyyətindədi. Ancaq hazırda Buskets sazişinin uzadılması ilə bağlı "Barselona" ilə danışıqlar aparır. Daha öncə 27 yaşlı oyunçunun böyük klublardan təklif aldığı, buna baxmayaraq, rədd cavabı verdiyii bildirilir.

Cari mövsümdə La Liqada 15 matçda meydana çıxan Serji Buskets 1 məhsuldar ötürmə ilə yadda qalıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR