Klaudio Ranyeri: "Elədiyimiz möcüzədi"

"Lester" - "Mançester Siti" görüşünün 0:0 hesabı ilə başa çatdığı barədə xəbər vermişdik.

Oyundan sonra ev sahiblərinin baş məşqçisi Klaudio Ranyeri mətbuat nümayəndələrinin qarşısına çıxıb. İtalyan mütəxəssis komandasının gördüyü işi möcüzə adlandırıb:

"Əla oynadıq. Oyun çətin keçdi. Epizodlarımız oldu. "Liverpul"la oyunda qeydə alınan məğlubiyyətdən sonra futbolçuların reaksiyasını görmək istəyirdim.

Bizim üçün hər matç çətindi. İngiltərə Premyer Liqası ağlasığmazdı, heç kim qalib olmaq istəmir, qəribə olan budu.

Elədiyimiz möcüzədi. Belə də davam etməsini istəyirəm, amma bunu həyata keçirmək asan deyil. Oyunçularımın hər görüşdə bugünkü kimi olmasını istəyirəm".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR