"Xəzər" televiziyasının yeni binasının açılışı oldu

"Xəzər" televiziyasının yeni binasının açılışı oldu
16:01 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakıda "Xəzər" televiziyasının yeni binasının açılışı keçirilib.

Axşam.az “Report”a istinadən xəbər verir ki, açılışda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Ə.Həsənov simvolik qırmızı lenti kəsib. Tədbir iştirakçıları bina ilə tanış olublar.

Qeyd edək ki, "Xəzər" televizyasının Nobel prospektində yerləşən yeni binasının sahəsi 1000 kv.m-dır. Bina 10 mərtəbədən, 265 otaqdan ibarətdir.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR