"Mersin İdman Yurdu" azərbaycanlı futbolçuların klublarına rəsmi təklif göndərib

"Mersin İdman Yurdu" azərbaycanlı futbolçuların klublarına rəsmi təklif göndərib
16:12 30 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyənin "Mersin İdman Yurdu" klubu azərbaycanlı futbolçu Qara Qarayevlə Tural Rzayevin klublarına rəsmi təklif göndərib. Bu barədə "Report"a Mersin komandasının baş məşqçisi Bülent Korkmaz göndərib.
47 yaşlı mütəxəssis bildirib ki, ötən gün keçirdiyi görüşdə klub rəhbərliyindən "Qarabağ"ın müdafiəçisi ilə "Sumqayıt"ın hücumçusunun alınmasını istəyib: "Mən məsələni qəti qoydum. Dedim ki, Qarayevlə Rzayev mütləq alınmalıdır. Rəhbərlik də hər iki futbolçunun klubuna rəsmi müraciət göndərəcəklərini bildirdi. Məndə olan məlumata görə, müvafiq sənəd bu gün Azərbaycan klublarına ünvanlanıb".
B.Korkmazın sözlərinə görə, Qarayevlə Rzayevin transferi yanvarın 4-də "Mersin İdman Yurdu"nda keçiriləcək Hesabat-Seçki Konqresindən sonra rəsmiləşə bilər: "Hazırda bu vəzifəyə yeganə namizəd elə hazırkı prezident Ali Kahramanlıdır. O, elə ilk konqresdəcə yenidən seçilsə, hər iki futbolçunun alınması yönündə danışıqları tamamlayacağıq".
Qeyd edək ki, Bülent Korkmaz vaxtilə "Bakı"nın baş məşqçisi olub.  

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/turkiye-klubu-azerbaycanli-futbolcularla-bagli-resmi-teklif

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR