Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

17:43 30 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup diaspor nümayəndəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.
Qeyd edək ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi haqqında qərar qəbul edib. Həmin ildən etibarən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Diasporla_Is_uzre_Dovlet_Komitesinin_kollektivi_Umummilli_Liderin_mezarini_ziyaret_edib-915619

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR