"Neftçi"dən Fanat.az-a BAYRAM JESTİ

"Neftçi"dən Fanat.az-a   BAYRAM JESTİ
20:47 30 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları gəlir. Bütün bayramlarda mətbuata qarşı diqqətini nümayiş etdirən "Neftçi" rəhbərliyi bu dəfə də ənənəsinə sadiq qalıb.

Belə ki, bu gün günorta saatlarında klub rəsmilərindən biri redaksiyamıza təşrif buyurub. Həmin şəxsin kimliyini açıqlamırıq, çünki özü təvazövkarlıq edərək adının çəkilməsini istəmədi. Biz də onun qərarına hörmətlə yanaşaraq adını açıqlamırıq.

Dəyərli qonağımız dəyərli hədiyyələri ilə devalvasiyanın yaşağdığı çətinliklərə rəğmən bu bayram günlərində hamımızı özümüzü güldürdü, redaksiyamızda bayram ab-havası yaratdı.

Biz də öz növbəmizdə "Neftçi" rəhbərliyinə bu zərifliyə, dəyərli hədiyyələrə görə təşşükkürümüzü bildirib, qarşıdan gələn bayramlarını təbrik edirik. Qoy bahalaşan dollar, ucuzlaşan neft dəyərli klub rəhbərlərimizin kefinə soğan doğramasın, yeni ildə bütün arzularına çatıb, Azərbaycan çempionu olsunlar, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq ağır günlərdə xalqımıza sevinc bəxş etsinlər...




Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR