Azərbaycanda tikintidə yeni metod olacaq

Azərbaycanda tikintidə yeni metod olacaq
09:22 31 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə qərar verib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, qərara əsasən  2016-cı il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun hazırda tikintinin ehtimal olunan qiymətinin təyin edilməsində istifadə olunan 1991-ci ilin mövcud smeta-normativ bazası ilə paralel olaraq tətbiqinə icazə verilib.
 
Nəzərə alınmalıdır ki,  resurs metodu tikintidə istifadə edilən materialların, məmulatların, konstruksiyaların, mebel-inventar və avadanlıqların, həmçinin tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarının mövcud cari qiymətlərinə, habelə tikintidə əməyin ödənilməsi üçün qüvvədə olan tarif dərəcələrinə əsaslanaraq tətbiq edilir. Qərara əsasən  "Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqında"  Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilib və obyektlərin dəyərinin 1991-ci ilin bazis-smeta qiyməti əsasında qiymətləndirilməsi metodikasının tətbiqi dayandırılacaq. Bununla əlaqədar olaraq "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilib.
 
Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, yeni smeta-normativ və qiymətqoyma sisteminə aid müvafiq texniki-normativ hüquqi aktların hazırlanıb təsdiq edilməsini və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsini 2016-cı il fevralın 15-dək təmin etsin. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi dövlət element-smeta normaları toplularının cədvəllərində nəzərdə tutulmuş resursların cari qiymətinin müəyyən edilməsi üçün 20  təqvim günü müddətində həmin resursların nomenklaturalarını və tarif dərəcələrini hazırlayaraq materiallar, məmulatlar, konstruksiyalar, mebel-inventar və avadanlıqlarla bağlı resurslar üzrə siyahının Dövlət Statistika Komitəsinə, tikintidə əməyin ödənilməsi üçün tarif dərəcələri üzrə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə siyahının (tikinti üçün yükdaşıma məsələləri də daxil olmaqla) Nəqliyyat Nazirliyinə təqdim edilməsini təmin etməlidir. Bu məlumatlar təqdim edildikdən sonra cari qiymətlər əsasında resursların cari smeta qiymətlərinin hesablanmasını və tikintidə əməyin ödənilməsi üzrə müvafiq məlumatların hazırlanmasını, onların təsdiq və cari smeta qiymətləri toplularının çap edilməsini, həmin sənədlərin Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsi 2016-cı il iyunun 1-dək təmin edilməlidir.
 
Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasında inflyasiya dərəcəsində və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdə baş verə biləcək dəyişikliklərlə bağlı, həmçinin digər səbəblərdən resursların və əməyin ödənilməsi üzrə tarif dərəcələrinin qiymətlərində hər hansı dəyişiklik müşahidə edildiyi halda, ildə bir dəfədən az olmayaraq, həmin resurslar üzrə bu qərarda göstərilən dövlət orqanlarının müəyyən etdiyi yeni məlumatlar əsasında resursların cari smeta qiymətlərini yenidən hesablayaraq, onların təsdiq edilməsini təmin etməli, 2 ay müddətində aidiyyəti dövlət orqanları ilə birlikdə üstəlik xərclər və smeta gəliri üzrə normativlərin, "Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin saxlanılması xərclərinin limitləri"nin (texniki nəzarətçinin saxlanılması xərcləri də daxil olmaqla), həmçinin digər limitləşdirilmiş xərc normalarının hədlərini müəyyənləşdirib, təsdiq edilməsi üçün təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
 
Dövlət Statistika Komitəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən resursların nomenklaturaları və əməyin ödənilməsi üzrə tarif dərəcələri təqdim edildikdən sonra aidiyyəti üzrə cari qiymətləri mövcud qaydalara uyğun olaraq müəyyənləşdirib, müvafiq məlumatları Fövqəladə Hallar Nazirliyinə 2016-cı il martın 1-dək təqdim etsinlər. Bu nazirliklər resurs metodunun tətbiqinə başlanıldığı vaxtdan Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq qaydada aidiyyəti üzrə təqdim olunacaq siyahılara əsasən resursların və əməyin ödənilməsi üzrə tarif dərəcələrinin cari qiymətləri barədə məlumatları operativ qaydada hazırlayıb Fövqəladə Hallar Nazirliyinə təqdim etməlidirlər. Maliyyə Nazirliyinə tapşırılıb ki, yeni smeta-normativ və qiymətqoyma sisteminə aid texniki-normativ hüquqi aktların tətbiqi və təkmilləşdirilməsinə aid tədbirlərin və resurs metodu üzrə müvafiq işlərin aparılması və tənzimlənməsi ilə bağlı digər təşkilati məsələlərin maliyyələşdirilməsini təmin etsin.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda orta yaşlı kişini damda cərəyan vuraraq yerə çırpıb

22 Sentyabr 2017 06:52

Azərbaycanlı futbolçu oynadı, komandası dayandı

22 Sentyabr 2017 06:49

Neymar üzr istədi

22 Sentyabr 2017 06:44

Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

22 Sentyabr 2017 06:42

Cinayət kimi qəza KAMERAYA DÜŞDÜ - VİDEO

22 Sentyabr 2017 06:33

ABŞ altı ildə Suriya qaçqınlarına 7,4 mlrd. dollar humanitar yardım ayırıb

22 Sentyabr 2017 06:17

KXDR Sakit okeanda hidrogen bombasının yeni sınağını keçirə bilər

22 Sentyabr 2017 05:57

Tramp: “ABŞ və Türkiyə heç vaxt olmadıqları kimi yaxındır”

22 Sentyabr 2017 05:33

Tramp Pxenyanla danışıqların mümkünlüyünü istisna etmir

22 Sentyabr 2017 05:24

Meksikada zəlzələ: Ölənlərin sayı 273 nəfərə çatdı

22 Sentyabr 2017 04:38

Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb

22 Sentyabr 2017 04:32

Kim Çen In: “Trampın düşməncəsinə çıxışı ona baha başa gələcək”

22 Sentyabr 2017 04:07

NATO baş katibi Lavrovla görüşdü

22 Sentyabr 2017 03:34

DƏHŞƏT: Hamilə həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - FOTO/VİDEO

22 Sentyabr 2017 03:28

Dünyanın ən varlı qadını öldü

22 Sentyabr 2017 03:24

Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb

22 Sentyabr 2017 03:07

Rusiya qırıcıları Suriyada terrorçuların 96 mindən çox obyektini məhv edib

22 Sentyabr 2017 02:57

Meksikadakı zəlzələ 273 can aldı

22 Sentyabr 2017 02:44

Mərkəzi Bank hərrac keçirəcək

22 Sentyabr 2017 02:28

İstanbulda özəl təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 02:15

Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb

22 Sentyabr 2017 02:02

Samir oynadı, darmadağın gördü

22 Sentyabr 2017 01:57

Rusiya XİN: Suriyada MDB-dən təqribən 10 min yaraqlı döyüşüb

22 Sentyabr 2017 01:52

Tramp KXDR-ə qarşı əlavə sanksiyalar planlaşdırır

22 Sentyabr 2017 01:46

Tillersondan xəbərdarlıq -

22 Sentyabr 2017 01:24

Tramp: “Ərdoğan mənim dostumdur”

22 Sentyabr 2017 01:14

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

22 Sentyabr 2017 01:08

"Atletiko" rəsmən açıqladı -

22 Sentyabr 2017 01:02

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

22 Sentyabr 2017 00:53

Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

22 Sentyabr 2017 00:44

Məşhur aktrisa restorana ELƏ GEYİMDƏ GƏLDİ Kİ... - FOTOLAR

22 Sentyabr 2017 00:38

Xızıda 794 ədəd partlamamış hərbi sursat tapıldı

22 Sentyabr 2017 00:29

Azərbaycanda sürücü olmağın şərtləri xeyli çətinləşdi

22 Sentyabr 2017 00:23

Rahoy Kataloniyaya referendumla bağlı xəbərdarlıq etdi -

22 Sentyabr 2017 00:20

İstanbulda təyyarə yandı: 4 yaralı

22 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 22 sentyabr

22 Sentyabr 2017 00:13

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

22 Sentyabr 2017 00:09

İstanbulun Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 00:02

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 Sentyabr 2017 00:02

Tehran nüvə silahı əldə etmək niyyətində deyil -

22 Sentyabr 2017 00:01

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

21 Sentyabr 2017 23:48

Türkiyə, İran və İraq birgə bəyanat qəbul etdi -

21 Sentyabr 2017 23:45

İnternetin yeni fenomeni 18 milyon baxış topladı - FOTO/VİDEO

21 Sentyabr 2017 23:38

Azərbaycan neftinin SON QİYMƏTİ -

21 Sentyabr 2017 23:33

Bakıda "narkobaron" həbs edildi

21 Sentyabr 2017 23:28

Rusiya 850 terrorçunu belə məhv etdi -

21 Sentyabr 2017 23:23

"QAZ" və "VAZ" yandı

21 Sentyabr 2017 23:19

İstanbulda təyyarə qəzası - VİDEO

21 Sentyabr 2017 23:13

Çexiyanın milli bayramı Bakıda qeyd edildi

21 Sentyabr 2017 23:04