Bu göydələndə evin 1 kvadratmetri 3300 manatdır

Bu göydələndə evin 1 kvadratmetri 3300 manatdır
11:06 31 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Belçikalı memar Vinsent Kallebot 20.000 adam üçün nəzərdə tutulan sualtı göydələnlərin konseptual layihəsini hazırlayıb.

ANS PRESS-in məlumatına görə ,layihəyə əsasən, ekoloji cəhətdən təmiz strukturların yeraltı yanacağa ehtiyacı yoxdur, çünki enerji və istiliyi onlar özü hasil edir. Müəllif şübhə etmir ki, layihə həyata keçiriləndən sonra atmosferə atılan zərərli tullantıların miqdarı azalacaq.

Hər sualtı göydələn daxili quruluşuna görə meduzanı xatırladır. Giriş və körpü səthdə yerləşir, spiral şəklində olan sualtı hissə isə 1.000 metr dərinliyədək uzanır. Sualtı evin daxilində ofislər, emalatxanalar, elmi laboratoriyalar, dəniz fermaları, kənd təsərrüfatı bitkilərini yetişdirmək üçün yer və çəmənlikdən ibarət parklar yerləşdiriləcək.

İçməli suya olan tələbatı xüsusi elektrik stansiyası hesabına ödəmək planlaşdırılır. Hava dəniz səthindən yuxarıda yerləşən külək boruları vasitəsilə konveksiya yolu və ya oksigen stansiyasının köməyi ilə dəyişiləcək. Sualtı göydələn sakinlərinin azuqəsini mərcan qayalıqları, balıqçılıq və xüsusi fermalar təmin edəcək.

Vinsent Kallebot hesab edir ki, sualtı göydələnlər dünya okeanı akvatoriyaları üzrə səpələnmiş, eni 500 metr, dərinliyi 250 mərtəbə hündürlüyündə olan ekoloji kəndlərin əsasını təşkil edəcək. Sualtı yaşayış sahəsinin 1 kvadratmetrinin qiyməti 1430 funt-sterlinq olacaq.



İnşa olunacaq sualtı göydələnlər

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR