Zaqatalanın sosial-iqtisadi və mədəni həyatında fərqlənənlər mükafatlandırılıb

Zaqatalanın sosial-iqtisadi və mədəni həyatında fərqlənənlər mükafatlandırılıb
12:58 31 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Zaqatala, 31 dekabr, AZƏRTAC
Yola saldığımız 2015-ci il Zaqatala rayonunun həyatında da əlamətdar və yaddaqalan hadisələrlə zəngin olub. Zaqatalalılar il ərzində çalışdıqları əmək kollektivlərində, ayrı-ayrı sahələrdə yüksək nailiyyətlər qazanıb, rayonun sosial-iqtisadi inkişafına öz layiqli töhfələrini veriblər.
AZƏRTAC xəbər verir ki, ilin yekunları ilə bağlı Zaqatalada keçirilən “Arzu təzə, il təzə” adlı ümumrayon bayram tədbirinə toplaşanlar əvvəlcə əyləncə mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
“Mavi işıq” gecəsində çıxış edənlər zaqatalalıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edib, xalqımıza arzularını çatdırıblar. Vurğulanıb ki, 2015-ci il zaqatalalılar üçün həm də Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Noyabrın əvvəlində gerçəkləşən səfər zamanı dövlətimizin başçısı bir sıra obyektlərin açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rəngarəng konsert proqramı ilə davam edən bayram tədbirinin sonunda 2015-ci ildə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən zaqatalalılara rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalanin_sosial_iqtisadi_ve_medeni_heyatinda_ferqlenenler_mukafatlandirilib-915717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR