Səbailli məktəblilərin qış tətilini səmərəli keçirməsi diqqət mərkəzində saxlanılır

08:38 1 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 1 yanvar, AZƏRTAC
Yeniyetmə və gənclərin istirahətinə daim xüsusi diqqət yetirən Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin qış tətili günlərində bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Rayon icra hakimiyyəti başçısı aparatından AZƏRTAC-a bildiriblər ki, tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində bilik səviyyələrinin, dünyagörüşünün artırılması məqsədilə rayondakı orta məktəblərin şagirdlərinin Milli Azərbaycan Tarixi Muzeyinə, İçərişəhərdəki Miniatür Kitab Muzeyinə və Şirvanşahlar Saray Kompleksinə ekskursiyaları təşkil olunacaq.
Artıq bu məqsədlə “Alov qüllələri” kompleksindəki “Sinema-klub”da 3D formatlı uşaq filmlərinin pulsuz nümayişi təşkil olunub. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları iştirak ediblər. Qış tətili günlərində 1500 uşağın filmlərə baxması və 2000-dən çox uşağın isə muzeylərə ekskursiyaları təşkil olunacaq.
Belə tədbirlərin keçirilməsini məmnunluqla qarşılayan valideynlər bu təşəbbüsə görə dərin minnətdarlıqlarını bildiriblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sebailli_mekteblilerin_qis_tetilini_semereli_kechirmesi_diqqet_merkezinde_saxlanilir-915770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR