Yeni il faciə ilə bitdi: iki uşaq öldü (FOTO)

Yeni il faciə ilə bitdi: iki uşaq öldü (FOTO)
16:46 1 Yanvar 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnoyarsk şəhərində mənzillərdən birində yeni il bəzəyinin alışması nəticəsində yanğın baş verib.

ANS PRESS-in məlumatına görə, yanğın nəticəsində ailənin iki az yaşlı qızı tüstüdən boğularaq dünyasını dəyişib. Onlardan birinin 7 yaşı, digəri isə 11 aylıq olub.

Yanğın zamanı ailənin 4 üzvü ailə başçısı 34 yaşlı E. Burdin, onun xanımı 28 yaşlı E. Makarova və onların iki uşağı mənzildə olub. Valideyinlər yanan evin pəncərəsindən özlərini ataraq xilas oluna biliblər. Xəstaxanaya yerləşdirilən ər və arvadın vəziyyəti ağırdır.


Evləri yanan ailə



Yeni il gecəsi baş verən bədbəxt hadisələrdən biri də Rusiyanın paytaxtı Moskva şəhərində evdə keçirilən yeni il şənliyi zamanı baş verib. Şənliyin keçirildiyi evin yanması bir yeniyetmənin ölümünə səbəb olub. Baş verən faciəvi hadisə nəticəsində ev dağılıb.

Qonşular FHN-nin nümayəndələrinə şənlikdə çox insanın iştirak etdiyini bilirib. İçkili halda olan əksər yeniyetmə hadisə yerindən qaça bilməyib. Buna görə də daha beş gəncin dağıntılar altında qaldığı ehtimal edilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR