Kamran Ağayev və Vüqar Nadirov "İnter"ə keçib

Kamran Ağayev və Vüqar Nadirov "İnter"ə keçib
16:39 2 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

“İnter” heyətini iki futbolçu ilə gücləndirib. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” qapıçı Kamran Ağayev və yarımmüdafiəçi Vüqar Nadirovla ortaq məxrəcə gəliblər.

 

“Karşıyaka”dan ayrıldıqdan sonra klubsuz qalan Ağayevin “Sumqayıt”la danışıqları müsbət nəticələnməyincə, yığmamızın qolkiperi “İnter”ə keçməyə razılıq verib. Eyni zamanda “Qəbələ”dən ayrılan Nadirov da paytaxta köçmək qərarına gəlib.

 

İlkin anlaşmaya görə, hər iki oyunçu cari mövsümün sonuna qədər “İnter”in formasını geyinəcək. Komanda qış təlim-məşq toplanışına yollanmazdan əvvəl Kamran və Vüqar 6 aylıq müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, buna qədər “İnter” 7 futbolçu - Abdulla Abatsiyev, Səlahət Ağayev, İvan Benites, Xuan Fransisko, Emilian Vila, Stepan Polyak və Dieqo Martinslə yollarını ayırmışdı.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR