Estoniya prezidenti diplomatla evləndi

Estoniya prezidenti diplomatla evləndi
21:57 2 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+

Estoniyanın 62 yaşlı prezidenti Toomas Xendrik İlves Latviya Müdafiə Nazirliyinin 38 yaşlı əməkdaşı İyeva Kuptse ilə evlənib.
Milli.Az APA-ya istinadən bildirir ki, geniş ictimaiyyət üçün qapalı keçirilmiş cütlüyün nikah mərasimi Estoniyanın Xaliste qəsəbəsindəki kilsədə təşkil olunub.
 
Nikah mərasimində yalnız yaxın dostlar və qohumlardan daxil olmaqla cəmi 40-dək qonaq iştirak edib. Nikah mərasimində İncildən çıxarışlar eston, latış və ingilis dillərində oxunub.
 
Jurnalistlər kilsəyə nikah mərasiminin sonunda buraxılıblar.
 
Qeyd edək ki, bu Estoniya prezidentinin sayca üçüncü evliliyidir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR