Roma, 3 yanvar, AZƏRTAC
İtaliyanın “Verona” futbol klubunun hücumçusu Luka Toni futbol karyerasını bitirməyi ilə bağlı hələ qərar vermədiyini bildirib. Cari il 39 yaşı tamam olan, bu mövsümdə 9 oyunda qol vuraraq fərqlənməyi bacaran futbolçu keçən il İtaliya çempionatının bombardiri seçilib. Belə ki, o, 38 oyunda 22 qol vurub.
Luka Toni deyib: “Hər kəs hesab edir ki, mən “Verona” futbol klubunun məşqçisi olmaqla bağlı müqavilə imzalamışam. Belə bir şey yoxdur. Çünki hələ də futbolçuyam və karyeramın bitməsi ilə bağlı qərar verməmişəm. Məsləhət görürlər ki, son dörd ildə futboldan uzaqlaşım, ancaq qərarımı yazda verəcəm. Karyeramı məşqçi olaraq davam etdirmək istəmirəm, çox stresli işdir”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma