"Dakar" rallisində faciə: 10 yaralı

"Dakar" rallisində faciə: 10 yaralı
15:57 3 Yanvar 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Argentinada keçirilən "Dakar" ralli-marafonunda baş vermiş qəza nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.

Trend xarici mətbuata istinadən məlumat verir ki, ata və 14 yaşlı oğlu daha ağır xəsarət alıblar. Onları vertolyotla Buenos-Ayresdəki xəstəxanalardan birinə aparıblar. Xəsarət alan hamilə qadının vəziyyəti isə orta qiymətləndirilir.

Xatırladaq ki, yanvarın 2-də marafonun ilk günündə çinli yarışçı Qo Meylin dönmə əməliyyatını düzgün yerinə yetirə bilmədiyindən onun avtomobili aşıb və çəpərlərə çırpılıb. Bundan əvvəl 8 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, builki "Dakar" rallisi Argentina və Boliviyada keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR