İŞİD 5 nəfəri edam etdi, baş nazirə "sarsaq" dedi

İŞİD 5 nəfəri edam etdi, baş nazirə "sarsaq" dedi
20:17 3 Yanvar 2016
89 Digər
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması "casus" adlandırdığı 5 Britaniya vətəndaşının edam videosunu yayıb.
Milli.Az The İndependent-ə istinadən bildirir ki, videoda İŞİD terrorçuları Britaniyanın baş naziri Devid Kemeronu hədələyiblər, daha sonra isə onu "ABŞ-ın sarsaq köləsi" adlandırıblar.
10 dəqiqəlik videonun əvvəlində əyinlərində narıncı paltar olan 5 nəfər Britaniyaya casusluq etdiklərini söyləyirlər.
İŞİD terrorçusu isə deyir: "Günlərin birində Britaniyanı fəth edəcəyik və o ölkə Şəriət qanunları ilə idarə olunacaq".
Video növbəti edamların anonsu və balaca uşağın ingilis dilində "Kafirləri orada öldürəcəyik!" deməsi ilə bitir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR