AZAL futbol klubu yeni ildə ilk transferini gerçəkləşdirib.
Milli.Az report-a istinadən xəbər verir ki, "təyyarəçilər" Eltun Hüseynovla iki illik müqavilə bağlayıb. 23 yaşlı futbolçu mövsümün birinci yarısını "Zirə"də keçirib.
Qeyd edək ki, gənc müdafiəçi hələ yayda AZAL-a keçə bilərdi. Baş məşqçi Tərlan Əhmədov tərəfindən heyətə dəvət olunan və anlaşmaya imza atan E.Hüseynovun sənədlə bağlı problemləri olduğundan onun AZAL-a keçidi baş tutmamışdı. Sonradan gənc futbolçu "Bakı" ilə problemini həll edərək "Zirə"yə keçmişdi.
Milli.Az