Geologiya və Geofizika İnstitutunun professoru: "Xəzərdə neft-qaz ehtiyatları hesablamalardan daha çoxdur"

Geologiya və Geofizika İnstitutunun professoru: "Xəzərdə neft-qaz ehtiyatları hesablamalardan daha çoxdur"
14:12 4 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatları hesablamalardan daha çoxdur. Hazırda təxminən 24-25 perspektiv neft-qaz strukturu var.
Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun geologiya-mineralogiya elmləri doktoru, professor Fərid Dadaşov bildirib.
O qeyd edib ki, bütün strukturlarla birgə təxminən 10 trln. kubmetr karbohidrogen ehtiyatları var.
F. Dadaşovun sözlərinə görə, bu ehtiyatlar əsasən qaz və kondensat ehtiyatlarıdır:
"Perspektiv strukturlar açıldıqdan sonra ehtiyatlar daha dəqiq müəyyənləşəcək. Bu perspektiv strukturların ehtiyatları böyükdür. Bu strukturlar barədə Azərbaycan alimlərinin uzun illər apardığı seysmik tədqiqatlar zamanı ətraflı qeyd olunub".
O qeyd edib ki, hazırda çıxarıla bilən ehtiyatlar dənizin şelf zonasında olan yataqlarda hesablanır:
"Dənizin daha dərinliklərində kəşfiyyata ehtiyac var. Bu isə böyük məbləğ tələb edir və risklidir".


Xəbərin orijinal ünvanı: http://report.az/energetika/professoru-xezerde-neft-qaz-ehtiyatlari-hesablamalardan-daha-cox

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR