Tanınmışlar sənətə xərclədiyi məbləği açıqladı: "5 milyon"

Tanınmışlar sənətə xərclədiyi məbləği açıqladı:  "5 milyon"
14:26 4 Yanvar 2016
72 Şou
Ölkə mətbuatı
A- A+

Şou-biznes nümayəndələri yaradıcılıqlarına xərclədikləri pulların məbləğini açıqlayıblar.

Axşam.az “ATV maqazin onlarlarla” proqramının apardığı sorğunu təqdim edir:

Xalq artisti Aygün Kazımova:
 
“Əgər lidersənsə, onu qoruyub saxlamaq hər şeydən çətindir. Bir mahnın, klipinlə, müsahibənlə tutuzdura bilərsən. Bu uğurunu davam etdirməlisən. Qazandığım pulları yığsaydım,  döşəməm qızıldan olardı. Bağ evimin olmasın soruşanda, deyirəm Snup Doqla olan layihəmdir. Mənə belə xoşdur. Kreml Sarayındakı konsertdə nə qədər xərclədim. Namiq Qaraçuxurlu bilmirdi ki, seyfdə bir qəpik pul saxlamamışdım, hamısını verib, səhnəni düzəltdirmişdim".

Xalq artisti Faiq Ağayev:

“27 ildir səhnədəyəm, böyük məbləğ xərcləmişəm. Mənim konsertlərimi sponsorlar maliyyələşdirib. İstəməmişəm ki, konsertin yükü tamaşaçının üzərinə düşsün”.

Əməkdar artist Tünzalə Ağayeva:

“İndiki gündəm başqadır. Adının tanınması üçün pul xərcləməlisən. O zaman bir gün oyandım ki, mahnım hər yerdə səslənir. Dəfələrlə albomum işıq üzü görüb, ölkə xaricində konsertlər vermişəm. Sənətimə sərf etdiyim pulun məbləğini açıqlaya bilmərəm”.

Müğənni Nadir Qafarzadə:

“Sənətimə 1 milyon xərcləmişəm. Bundan çox ola bilər, amma aşağı yox".

Müğənni Elton Hüseynəliyev:

“Sənət adamları anormal insanlardır. 10 ildə 2-3 milyon pul xərcləmişəm. Heç də heyfslənmirəm".

Əməkdar artist Almaz Ələsgərli:

“Bu il sənətdə olmağımın 33 ili tamam olur. Bu ilə qədər 5 milyon xərcləmişəm".

Müğənni Günay İbrahimli:

“İnsanlar var ki, sənətlərinə milyonlar töküblər, tanınırlar, amma sevilmirlər. Səhnədə taxtadırlar. İndiyə kimi 300 mindən az  xərcləmişəm. Amma dəqiq hesablamamışam".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR