“O səs Türkiyə” və “Kapışma” yarışmalarıyla tanınan gənc müğənni Osman Can Üstündağ avtomobil qəzası keçirib.
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, ifaçı qəza nəticəsində komaya düşüb. Bu barədə sosial şəbəkədə müğənni Onur Akay yazıb:
“Gənc müğənni Osman Can Üstündağ yol qəzasına düşüb. Xəstəxanada yatan və vəziyyəti ağır olan dostumuz üçün dua edin”.