Bu dərmanlara qadağa qoyuldu

Bu dərmanlara qadağa qoyuldu
21:31 4 Yanvar 2016
235 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 800-dən çox dərmanın dövriyyəsi qadağan edildi. Belə ki Səhiyyə Nazirliyinin (SN) bu günkü qərarına görə müxtəlif adda olan 844 seriya nömrəli dərmanlar daha tibbdə istifadə olunmayacaq.

ANS PRESS-ə verilən məlumata görə, dövriyyəsi qadağan edilən dərman seriyaları müxtəlif ölkələrin - Türkiyə, Hindistan, Rumınya, Danimarka, Rusiya, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və s. ölkələrin istehsalıdır.

Bu dərmanların sırasında Rusiya və Türkiyə istehsalı olan dərmanlar daha çox üstünlük təşkil edir. Onların arasında əhali tərəfindən gündəlik həyatda istifadə olunan və adları hər kəsə kifayət qədər tanış olan dərmanlar da var.




Siyahıda yer alan digər dərman preparatlarına buradan baxa bilərsiniz:

Ekspertlər isə Nazirliyin verdiyi bu qərarı birmənalı qarşılamırlar. Tibbi ekspert Adil Qeybullanın fikrincə, adıçəkilən dərmanlar bu günə kimi dövriyyədə olub və bu gün onları səbəbi açıqlanmadan yığışdırmaq düzgün deyil.

"Mən düşünürəm ki ,bu dərmanlarin qeydiyyatdan kecməməsinin səbəbi dərman bazarındakı rəqabətdir. Necə ola bilər ki, ÜST -nın laboratoriyasından keçən, Avropa ölkələrində tətbiqinə heç bir qadağa qoyulmayan dərmanlar təhlükəli hesab olunaraq dövriyyədən çıxarılır. Bu dərmanlarda hər hansı bir toksiki maddə aşkarlansaydı, mən bunu başa düşərdim, amma yoxdu, nə də biz də dərmanların tərkibini yoxlayan xüsusi laboratoriyalar var. Məncə birinci səbəbi aydınlaşdırmaq lazımdır".


Adil Qeybulla-Tibbi ekspert

Səhiyyə Nazirliyi tərəfindən belə bir qərar hələ 2014-cü ildə verilib. Qərara əsasən 340-dan çox dərman preparatının satışına qadağa qoyulub. Buna səbəb həmin dərmanların Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində laborator müayinədən keçməməsi idi. Həmin dərmanlar da əsasən Türkiyə, Rusiya, Ukrayna, Macarıstan, Polşa, Rumıniya, Avstriya və Yunanıstan istehsalı olan preparatlardır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR