Xəzərin Türkmənistan sektorunda tapılmış neftçilərin cəsədləri Vətənə gətirilib

Xəzərin Türkmənistan sektorunda tapılmış neftçilərin cəsədləri Vətənə gətirilib
22:18 4 Yanvar 2016
63 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 yanvar, AZƏRTAC 
Xəbər verildiyi kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Fövqəladə Hallar Nazirliyin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olduqdan sonra cəsədlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən nazirliyin “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb.
Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezerin_Turkmenistan_sektorunda_tapilmis_neftchilerin_cesedleri_Vetene_getirilib-916062

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR