Rusiyadan Türkiyəyə cavab: Əvvəldən fikirləşərdilər

Rusiyadan Türkiyəyə cavab: Əvvəldən fikirləşərdilər
02:51 5 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Rusiyanı “Ümumdünya Ticarət Təşkilatı”na (ÜTT) şikayət etmək istəməsinə rəsmi Moskvadan cavab verilib. ANS PRESS-in məlumatına görə, Rusiya rəsmiləri bu addımı “ümidsiz bir cəhd” kimi dəyərləndiriblər. Smolensk vilayət administrasiyasının nümayəndəsi, Rusiya federasiya şurasının üzvü Frans Klintseviç sanksiyaların Türkiyənin arxadan vurduğu zərbəyə ən yüngül cavab olduğunu deyib.

“Ankara istədiyi yerə, istədiyi qədər şikayət etsin. Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar bizə arxadan vurduqları zərbəyə ən yüngül cavabdır. Türkiyə hökuməti təyyarənin vurulması təlimatını verdiyi zaman nə olacağını fikirləşmişdi ki? Bu faciədən sonra iki ölkə arasındakı münasibətlərin dəyişilməyəcəyini, rus turistlərin əvvəllər olduğu kimi Alanya, Belek və Kemerdəki otelləri dolduracağını, türk biznesmenlərin hələ də Rusiyada özlərini evlətindsəki kimi hiss edəcəklərinimi hesab edirdi? Bütün bunları əvvəllədən fikirləşmək lazım idi.”

Ötən gün rəsmi Ankara Rusiyanı beynəlxalq təşkilatlara şikayət edəcəyini açıqlamışdı. Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş Rusiya hökumətinin türk şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara görə, Moskvadan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) və digər beynəlxalq təşkilatlara şikayət edəcəklərini demişdi. Onun sözlərinə görə, türk iş adamları Rusiya hökumətinə güvənərək bu ölkənin iqtisadiyyatına pul qoyublar. İndi isə belə bir addımın atılması başa düşülən deyil: “Biz səbrli davranmağa çalışırıq, amma nəyin bahasına olursa olsun, zərərçəkmişlərin sahid olduqları hüquqları ÜTT qanunları çərçivəsində qoruyacağıq”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR