Bolqarıstan millisinin futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər

Bolqarıstan millisinin futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər
09:48 5 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Futbol üzrə Bolqarıstan milli komandasının müdafiəçisi Aleksandr Aleksandrov karyerasını Azərbaycanda davam etdirə bilər.
AZƏRTAC xəbər verir ki, 29 yaşlı futbolçu ilə “Kəpəz” maraqlanır. Futbolçunun Türkiyənin “Mersin İdmanyurdu” klubuna keçməsi də gözlənilir. Son olaraq “Ludoqorets”də çıxış edən A.Aleksandrov bu klubla yollarını ayırıb. Bu səbəbdən də futbolçu hazırda azad agent statusu daşıyır.
Qeyd edək ki, A.Aleksandrov Bolqarıstan yığmasının heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Sofiyada Azərbaycan millisinə qarşı oyunda iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bolqaristan_millisinin_futbolchusu_karyerasini_Azerbaycanda_davam_etdire_biler-916085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR