"Küçük gelin" serialının aktrisası Müjgan Koraltürk ana olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ilk dəfə ana olan aktrisanın qızı olub. Doğum evində həyat yoldaşı Ahmet Koraltürk və sənətçi dostları onu tək buraxmayıb. Aktyor Bülent Parlak da Nil adı qoyulan körpənin ilk fotosunu İnstaqramda paylaşıb.
Qeyd edək ki, Müjgan menecer A.Koraltürklə 2013-cü ildə ailə qurub.