Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanıldılar

Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanıldılar
14:22 5 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, ötən il dekabrın 28-dən 31-dək olan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən "Karvansaray" ticarət mərkəzində yerləşən anbarlardan birindən qapının qıfılını sındırmaq yolu ilə 8 ədəd su qızdırıcısı və mebel aksesuarları oğurlanıb.

Qaradağ Rayon 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Mübariz Sayadov tutulub.
 
Yanvarın 1-nə keçən gecə isə Nərimanov rayonunda yaşayan Mahmud Ağamalıyevin evindən pəncərədən girmək yolu ilə 10000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Nərimanov Rayon 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Samir Əzəmmədov saxlanılıb.
 
Hər bir faktla bağlı araşdırma aparılır. 
 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR