Runi İngiltərə millisinin ən yaxşı oyunçusu seçildi

"Mançester Yunayted"in hücumçusu Ueyn Runi 2015-ci ilin yekunlarına əsasən İngiltərə millisinin ən yaxşı oyunçusu seçilib.

Metbuat.az BBC-ə istinadən xəbər verir ki, səslərin 37%-ni toplayan Runi 4-cü dəfə sözügedən mükafata sahib çıxıb. Keçən il yığmanın heyətində 5 qol vuran hücumçu, Bobbi Çarltonu geridə qoymuşdu.

"Stok Siti"nin qolkiperi Cek Batlend isə gənclərdən ibarət İngiltərə yığma komandasının ən yaxşı oyunçusu seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR