Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada güclü yanğın - FOTO

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada güclü yanğın - FOTO
16:42 5 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda binalardan birində yanğın baş verib. 

Report-un xəbərinə görə, bu barədə jurnalist Əzizə İsmayılova özünün Feysbuk səhifəsində yazıb.

Hadisə Nizami rayonunda, "Laçın" ticarət mərkəzinin arxa tərəfində, Elşad Məmmədov-148 ünvanında qeydə alınıb.

Binada məcburi köçkünlər məskunlaşıb. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Report-un ərazidə olan əməkdaşı xəbər verir ki, yanğın binanın ikinci mərtəbəsində qeydə alınıb. Sakinlərin hamısı təxliyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Lakin bir neçə mənzil tamamilə yanıb. Yanğının başvermə səbəbləri bəlli deyil

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR