Parlamentin payız sessiyası başa çatdı

Parlamentin payız sessiyası başa çatdı
16:26 30 Dekabr 2014
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin 2014-cü ildə sonuncu plenar iclasına yekun vurulub.

ANS PRESS-in məlumatına görə, bununla da, parlamentin payız sessiyası başa çatıb. İlin son plenar iclasında 21 məsələyə baxılıb.

Sonda Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Milli Məclisin müraciəti dinlənilib və təsdiq edilib.
Müraciətdə Azərbaycan xalqı birliyə çağrılıb və hər bir vətəndaş Yeni il və Dünya Azərbaycanılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edilib.

Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, parlamentdə bir il ərzində 20 iclasda 286 qanun layihəsi qəbul edilib. Parlamentin beynəlxalq əlaqələri daha da inkişaf edib. Bu il ərzində millət vəkilləri 50-ə yaxın beynəlxalq təşkilatda iştirak edib.

Spiker bildirib ki, dövlət başçısına Milli Məclisin adından təbrik məktubu göndərilib. Məktubda deputatların İlham Əliyevi və onun ailəsini Yeni il və Dünya Azərbaycanılarının Həmrəyliyi günü münasibəti ilə təbriki qeyd edilib.

Sonda Azərbaycan dövlət himni səsləndirilib və Milli Məclisin payız sessiyası bağlı elan edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=317153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR