BSU ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında əməkdaşlıq genişlənir

BSU ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında əməkdaşlıq genişlənir
19:43 6 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC 
Yanvarın 6-da Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə görüşüb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu qurumun müdiri Əhməd Sami Elaydi mərkəzin Azərbaycanda fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mədəni əlaqələrin genişlənməsində onun rolundan danışıb.
BSU-nun rektoru, professor Asif Hacıyev mərkəzin Azərbaycanın elm, təhsil ocaqları ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Eyni zamanda, BSU ilə Misir universitetləri arasında müqavilələrin bağlanması, misirli elm xadimlərinin məqalələrinin universitetdə nəşr olunan elmi xəbərlər jurnalında dərci, müəllim və tələbələrin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzini mütəmadi ziyarət etmələri və digər məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BSU_ile_Misir_Medeniyyet_ve_Tehsil_Alaqeleri_Merkezi_arasinda_emekdasliq_genislenir-916535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR