Zidan futbolçularından az maaş alacaq

Zidan futbolçularından az maaş alacaq
20:57 6 Yanvar 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Zinəddin Zidanın "Real"ın baş məşqçisi postunda nə qədər məvacib alacağı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı Madrid klubunda ilinə 2,5 milyon avro qazanacaq.

Bu məbləğ "Real"ın əksər futbolçularının maaşından az deməkdi. Belə ki, "kral klubu"nda yalnız Kiko Kasilya, Lukas Vaskes, Naço, Xese Rodriges və Denis Çerışev Zidandan az məvacib alır. Qalan bütün futbolçuların illik maaşı "Zizu"nun məvacibindən yüksəkdi.

Qeyd edək ki, müqaviləyə əsasən, Zidan 2018-ci ilin yayına qədər "Real"ı çalışdıracaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR