​Zaqatala sakini -15 dərəcə şaxtada çaya baş vurub - FOTO

​Zaqatala sakini -15 dərəcə şaxtada çaya baş vurub - FOTO
23:42 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Zaqatala sakini -15 dərəcə şaxtada dağ çayına baş vurub.
"Report" xəbər verir ki, 47 yaşlı Bayram suya girməzdən əvvəl qar vannası qəbul edib.
Soyuq suda çimmək çoxlarının bağban kimi tanıdığı Bayramın hobbisidir. O bu işi uşaqlıqdan etdiyini bildirib. Bu şəxs qış aylarında isti üst geyimlərindən də istifadə etmədiyini və bu fəsli idman köynəyində keçirdiyini qeyd edib. Bayram həm də, "Ginnesin Rekordlar Kitabı"na düşmək arzusunda olduğunu dilə gətirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR