Britaniya iqtisadiyyatı da təhlükə qarşısındadır

Britaniya iqtisadiyyatı da təhlükə qarşısındadır
08:51 7 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Qlobal maliyyə böhranından bəri, 2016-cı il Britaniya iqtisadiyyatı üçün ən ağır il olacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Britaniyanın maliyyə naziri Corc Ozborn açıqlama verib. Nazir cari ildə Böyük Britaniyanı qlobal iqtisadiyyatdakı durğunluqla əlaəqdar ciddi təhlükələrdən ibarət “kokteyl” gözlədiyini vurğulayıb. Ozbornun son bəyanatı yaz aylarında “sürətli inkişafla” bağlı hesabatı ilə üst-üstə gəlmir.

İqtisdi analitiklərə görə, nazirin bədbin proqnozlarla bağlı çıxışı, Britaniyada İngiltərə bankının uçot dərəcəsini artıracağı ilə bağlı ehtimalları artırır. Maliyyə naziri qlobal iqtisadi təhdidlər fonunda bəzi dairələrin ölkədaxili debatlarda Britaniya iqtisadiyyatı barədə laqeyd şəkildə danışmasını pisləyib, Britaniyanın ölkəxaricindəki risklərə qarşı immunitetinin olduğu kimi cəfəng fikirlərin yayılmasından narahat olduğunu ifadə edib.

“Yeni il bayramından 7 gün keçib, amma artıq indidən dünyada səhm bazarlarının çökdüyü barədə narahat edici xəbərlər eşidirik, Çindəki uçurumu, Braziliya və Rusiyadakı ciddi maliyyə problemlərini nəzərdə tuturam.” - deyə kansler bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR