Quba, 7 yanvar, Elxan Yusifli, AZƏRTAC
Güclü qar yağması səbəbindən bir neçə gündür ki, bağlı olan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti yanvarın 6-sı axşam saatlarında bərpa olunub.
Bu barədə AZƏRTAC-a Quba 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov məlumat verib. Sahə rəisi bildirib ki, axşam saatlarında da yolun qardan təmizlənməsi davam etdirilib. Quba-Xınalıq yolunun 33-37-ci kilometrliklərində 5 yerdə qar uçqununun olması işləri çətinləşdirsə də, idarənin ağır texnikaları və canlı qüvvəsi günün sonunda yolu tamamilə qardan təmizləməyə müvəffəq olublar.
Bununla da həmin istiqamətdə yerləşən bütün kəndlərə avtomobillərin gediş-gəlişi bərpa edilib.