Keçən il BTC kəməri ilə 28,8 milyon tondan çox Azərbaycan nefti nəql edilib

13:08 7 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
2015-ci ilin dekabrında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə 2 milyon 461 min 645 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2015-ci ildə bu kəmərlə ümumilikdə 28 milyon 835 min 543 ton neft ötürülüb. Ümumiyyətlə, BTC istifadəyə verilən gündən 2016-cı il yanvarın 1-nə qədər kəmərə 292 milyon 675 min 389 ton neft vurulub.
Ötən ilin dekabrında BTC kəməri ilə 316 min 340 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. Ümumiyyətlə, 2015-ci ildə BTC ilə nəql olunan Türkmənistan və Qazaxıstan neftinin həcmi 23 milyon 683 min 545 ton təşkil edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kechen_il_BTC_kemeri_ile_288_milyon_tondan_chox_Azerbaycan_nefti_neql_edilib-916641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR