Çağatay Bakıda belə qarşılandı - FOTO - VİDEO V

Çağatay Bakıda belə qarşılandı - FOTO - VİDEO V
20:27 7 Yanvar 2016
224 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy Bakıya gəlib.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun məlumatına görə, o, baş rolunu canlandırdığı "Delibal" türk filminin Nizami Kino Mərkəzində keçirilən qala gecəsində iştirak edib. Gecəyə Çağatay Ulusoyla yanaşı aktrisa Leyla Lydia Tuğutlu, rejissor Ali Bilgin və yaradıcı qrupun digər üzvləri də qatılıblar.

Qeyd edək ki, romantik dram janrında çəkilmiş bu film universitet tələbələri olan Barış və Füsunun böyük eşq hekayəsindən bəhs edir.

Filmin rejissoru Ali Bilgin, ssenari müəllifi Yıldırım Türkerdi. Filmdə digər rolları Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal Toprak Sağlam canlandırıb.

Milli.Az

Video: Milli.Az, Fotolar: Milli.Az, Qafqazinfo.az 








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR